İki nəfəri maşınla vurub qaçdı
15 avqust 2022 04:59 (UTC +04:00)

İki nəfəri maşınla vurub qaçdı

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, Allahverdiyev Raul Aqil oğlu və Məmmədov Emil yolu piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçiblər.

Bu zaman onları avtomobil vurub.

Sürücü isə idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə ərazidən uzaqlaşıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 2256
avatar

Oxşar yazılar