Hüseyn Abdullayev
06 iyun 2024 14:33 (UTC +04:00)

Hüseyn Abdullayev

Hüseyn Abdullayev aclığı dayandırdı - YENİLƏNİB

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasını dayandırıb.

Bu barədə onun vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkilin sözlərinə görə, o və digər müdafiəçilər yaşlı anası ilə birlikdə müvəkkili ilə görüşüblər. Onların xahişi ilə H. Abdullayev aclığı dayandırıb./qafqazinfo

***

4 may, saat 15:00

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

Lent.az xəbər verir ki, bu barədə H.Abdullayevin vəkilləri açıqlama yayıb.

Qeyd olunur ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayev ona qarşı irəli sürülən əlavə ittihamlara etiraz olaraq bu gündən aclığa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Oxşar yazılar