Həbsxanaya keçirilən narkotiklər
25 fevral 2022 10:00 (UTC +04:00)

Həbsxanaya keçirilən narkotiklər

Həbsxanaya ağlagəlməz üsulla heroin keçirdi

11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Pentiensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşad Azər oğlu İsgəndərova qohumu Şirvan şəhər sakini Eyvaz Şirinbala oğlu Cəlilov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan qəndin 8 ədədinin xüsusi üsulla yonularaq içərisində gizlədilmiş ümumi çəkisi 1,387 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2100
avatar

Mehman Nəbiyev

Oxşar yazılar