Hacıqabulda kişi faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Rəncəbr kəndi ərazisində baş verib.
Burada yerləşən metal konstruksiyanın sökülməsi zamanı dirək aşaraq, Ramazanov Vladimir Mirzəqəni oğlunun üzərinə düşüb. Nəticədə zərərçəkən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.