Hacıqabulda EVDƏ PARTLAYIŞ:  xəsarət alan var
24 fevral 2025 17:33 (UTC +04:00)

Hacıqabulda EVDƏ PARTLAYIŞ: xəsarət alan var

Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 2 otağının döşəməsi 49 m² sahədə yanıb. Yüksək temperaturdan 2 otağın qapısı və 1 otağın plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar