GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb
21 may 2023 18:48 (UTC +04:00)

GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Lent.az Musavat.co-a istinadən bildirir ki, Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.

Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.

Əhməd Obalıya yaxın mənbələrdən sayta verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.

Sayt Əhməd Obalının hadisə ilə bağlı rəyini əldə edə bilib. Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar:

"Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman açıqcasına fikirlərimi bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3665

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16