Göygöldə mikroavtobusla yük maşını toqquşdu, ölən var-YENİLƏNİB
24 fevral 2024 08:34 (UTC +04:00)

Göygöldə mikroavtobusla yük maşını toqquşdu, ölən var-YENİLƏNİB

Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

Lent.az xəbər verir ki, xəsarət alanların adı aşağıdakı kimidir:

Vüsal Babayev (1985);

Xalidə İsayeva (1965);

Xudayar Musayev (1972);

Anar Qasımov (1993);

Elşanə Musalı (2004).

***

Saat 08:07

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hətəkətdə olan "Mercedes Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.

Bir neçə nəfərin isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

# 2859
avatar

Oxşar yazılar