Göyçayda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Bığır kəndində baş verib.
Kənd sakini 80 yaşlı Kərimov Akif Xeyrulla oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində hər hansı xəsarətlər aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.