Goranboyda  "Jiquli" aşdı,  yaralananlar var
25 iyul 2025 21:22 (UTC +04:00)

Goranboyda "Jiquli" aşdı, yaralananlar var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy–Yuxarı Ağcakənd avtomobil yolunun Tatarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bərdə şəhər sakinləri - sürücü 1999-cu il təvəllüdlü İ.Kərimov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü F. Məlikov və 1992-ci il təvəllüdlü E.Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar