Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, 21 yaşlı N. Məmmədova yaşadığı evdə martın 26-da sirkə turşu içib.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə həmin xəstəxananın toksikologiya şöbəsində vəfat edib. Qeyd olunur ki, N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.
Faktla bağlı araşdırma aparılır.