Gəncədə məktəblilər arasında DAVA: Şüşə parçası ilə...
16 aprel 2024 14:55 (UTC +04:00)

Gəncədə məktəblilər arasında DAVA: Şüşə parçası ilə...

Gəncədə məktəblilər arasında dava olub. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Lent.az-a bildiririlib ki, hadisə bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda baş verib. 

Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ə.V. sinif yoldaşı O.Q.nin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib:

"Xəsarət alan şagirdi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər".

# 1683
avatar

Fidan İlqar

Oxşar yazılar