Gəncədə avtobus sürücüsü əyləci necə sıxdısa, qadın xəstəxanalıq oldu
20 may 2025 10:01 (UTC +04:00)

Gəncədə avtobus sürücüsü əyləci necə sıxdısa, qadın xəstəxanalıq oldu

Gəncədə 65 yaşlı qadın avtobusdan yıxılaraq xəsarət alıb.

Lent.az-ın məlumatına görə hadisə Nəriman Nərimanov prospektində

5 saylı xətt üzrə işləyən mikroavtobusda qeydə alınıb.

Belə ki avtobusda sərnişin olan Gəncə şəhər sakini 65 yaşlı Q.Məmmədova  avtobusdan düşmək istəyən zaman  yıxılaraq xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadın  xəstəxanaya  yerləşdirilib. Onun vəziyyəti orta-ağır olduğu bildirilir.

Məlumata görə, sərnişin avtobusu sürücüsü əyləcdən  anidən istifadə edib. Bu zaman 65 yaşlı qadın yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar