Gənc müğənnini zorlayan  azərbaycanlıya cəza verildi
18 oktyabr 2024 09:22 (UTC +04:00)

Gənc müğənnini zorlayan azərbaycanlıya cəza verildi

17 il əvvəl Rusiyanın Norilsk şəhərində yerli kafenin müğənnisinə təcavüz edən azərbaycanlı 4 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 52 yaşlı kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi "Zorlama" maddəsi ilə ittiham olunub. Bu maddənin sanksiyasında maksimum 6 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Xatırladaq ki, cinayət 2006-cı il noyabrın 25-də törədilib. Kafelərdən birində müğənni işləyən gənc qadın gecə növbəsindən sonra səhər evə getməyə hazırlaşıb. Kafeyə gələnlərdən birinin cinayət niyyətindən xəbərsiz qadın kişinin onu evə aparmaq təklifi ilə razılaşıb.

Kişi avtomobilə yanacaq doldurmalı olduğunu deyib və sərnişini Nansen küçəsindəki qaraja aparıb. Orada onu arxa oturacaqda döyüb, sonra isə zorlayıb.

Təcavüzkar şəhvətini ödədikdən sonra zərərçəkəni evinə aparıb və yolda bir mağazada dayanmaq qərarına gəlib. Qadın bundan istifadə edib qaçaraq kömək üçün ən yaxın polis bölməsinə üz tutub.

Kişi isə cinayət məsuliyyətindən qorxaraq Dudinkaya gedib, oradan yük barjasında Yenisey çayı ilə Krasnoyarska yola düşüb, bundan sonra Rusiya Federasiyasının ərazisindən keçən nəqliyyat vasitəsi ilə çıxıb və Azərbaycana qayıdıb.

2024-cü ildə Yekaterinburqda hüquq-mühafizə orqanlarının əməkdaşları işləmək üçün gələn azərbaycanlı təcavüzkarı saxlayıblar. O, Rusiyaya qayıtmasını onunla izah edib ki, cinayət təqibinin müddətinin başa çatması faktına ümid edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5043
avatar

Mehman Nəbiyev

Oxşar yazılar