Gədəbəydə maşın aşdı,  sürücü öldü
13 noyabr 2023 12:45 (UTC +04:00)

Gədəbəydə maşın aşdı, sürücü öldü

Gədəbəydə avtomobil aşıb. 

Lent.az xəbər verir ki, hadisə Gədəbəy-Şınıx avtomobil yolunda qeydə alınıb. 

30 yaşlı Hafiz Abdullalı etibarnamə ilə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən Gədəbəy Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

Fidan İlqar

Oxşar yazılar