Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib. Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.