Evdən 35 minlik qızıl oğurlandı
28 sentyabr 2022 16:01 (UTC +04:00)

Evdən 35 minlik qızıl oğurlandı

Abşeronda evdən külli miqdarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Fatmayı kəndindəki evlərin birindən 35.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini Cavidan Əliyarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1701
avatar

Oxşar yazılar