Ermənilərdən Azərbaycanla sərhəddə TƏXRİBAT
22 aprel 2021 12:34 (UTC +04:00)

Ermənilərdən Azərbaycanla sərhəddə TƏXRİBAT

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.    

Dövlət Sərhəd Xidmətindən (DSX) Lent.az-a verilən məlumata görə, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.  

Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına  müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. 

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib. 

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində  30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.  

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar

"Moon Kids"  uşaq bağçasının direktoru saxlanıldı

"Moon Kids" uşaq bağçasının direktoru saxlanıldı

2 iyul 2024 , 16:22
Bakıda KÜTLƏVİ DAVA:  bıçağı qarnına sancdı

Bakıda KÜTLƏVİ DAVA: bıçağı qarnına sancdı

2 iyul 2024 , 15:49
Tibb Universitetinin professoru VƏFAT ETDİ

Tibb Universitetinin professoru VƏFAT ETDİ

2 iyul 2024 , 15:43
Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42
Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT:  qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:05