Ermənilər Ağdamda  ekskavatorçunu öldürməyə   cəhd etdi
19 sentyabr 2023 23:14 (UTC +04:00)

Ermənilər Ağdamda ekskavatorçunu öldürməyə cəhd etdi

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 31 yaşlı mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib. 

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.11, 29, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürməyə cəhd) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması istintaq idarəsinə həvalə edilib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları mümkün olan istintaq hərəkətləri aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5322

Oxşar yazılar