Əri ağacdan yıxıldı, qadının halı pisləşib  öldü
10 iyun 2024 16:46 (UTC +04:00)

Əri ağacdan yıxıldı, qadının halı pisləşib öldü

Sakaryanın Akyazı rayonunda ərinin ağacdan yıxılaraq xəsarət alması xəbərini alan qadın halı pisləşdiyi üçün aparıldığı xəstəxanada dünyasını dəyişib. 

Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Dokurcun məhəlləsində fındıq bağında albalı yığan 31 yaşlı Ruhi D. müvazinətini itirərək ağacdan yıxılıb. 

Yaralanan Ruhi D. öz imkanları ilə Akyazı Dövlət Xəstəxanasına gedərkən, hadisədən xəbər tutan həyat yoldaşı 27 yaşlı Şirin D.nin halı pisləşib.  

Təcili yardım həkimlərinin eyni xəstəxanaya apardığı Şirini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar