DTX və DİN Şuşada əməliyyat keçirdi: Daşaltıda...   - FOTO
08 oktyabr 2021 15:45 (UTC +04:00)

DTX və DİN Şuşada əməliyyat keçirdi: Daşaltıda... - FOTO

Şuşada silah-sursatlar aşkar edilib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsinin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə növbəti tədbirlər keçiriblər. Bu zaman Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

# 6678
avatar

Mehman Nəbiyev

Oxşar yazılar