DTX prezidentin adından  saxta elanlar yayan şəbəkəni ifşa etdi
20 iyun 2024 09:20 (UTC +04:00)

DTX prezidentin adından saxta elanlar yayan şəbəkəni ifşa etdi

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a verilən məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.

Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6195
avatar

Oxşar yazılar

Ödənişli yolda AĞIR QƏZA:  8 yaralı var

Ödənişli yolda AĞIR QƏZA: 8 yaralı var

25 iyul 2024 , 13:11
Bakıda itkin düşən azyaşlı tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı tapıldı - YENİLƏNİB

25 iyul 2024 , 12:35
Sumqayıtda sürət qatarına daş atdılar

Sumqayıtda sürət qatarına daş atdılar

25 iyul 2024 , 12:24
Azərbaycanda körpə qızdırmadan öldü

Azərbaycanda körpə qızdırmadan öldü

25 iyul 2024 , 11:43
“Əl-Qaidə”nin azərbaycanlı üzvü  həbs edildi

“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi

25 iyul 2024 , 11:33
Şəmkirdə maşın kişini vurub öldürdü

Şəmkirdə maşın kişini vurub öldürdü

25 iyul 2024 , 11:06
Sabirabadda FACİƏ:  4 yaşlı oğlan kanalda boğuldu

Sabirabadda FACİƏ: 4 yaşlı oğlan kanalda boğuldu

25 iyul 2024 , 10:01
Bakıda DƏHŞƏT:  qadın özünü binadan atdı

Bakıda DƏHŞƏT: qadın özünü binadan atdı

25 iyul 2024 , 09:22