DİQQƏT!  Polis şirkətlərdə PEYVƏND REYDLƏRİNƏ  başladı - ÖZƏL
03 sentyabr 2021 14:55 (UTC +04:00)

DİQQƏT! Polis şirkətlərdə PEYVƏND REYDLƏRİNƏ başladı - ÖZƏL

Bakıda şirkətlərdə peyvəndlə bağlı yoxlamalara başlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları paytaxtın mərkəzində bəzi iş yerlərində, biznes mərkəzlərində yoxlamalara başlayıb. Yoxlamalar zamanı COVID pasportu olmayan və peyvənd olunmayan şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a təsdiqləyib. O, monitorinqlərin sentyabrın 1-dən başladığını bildirib:

“Nazirlər Kabinetinin 26 iyul tarixli qərarının 1-ci bəndinə əsasən, iş yerlərində, dövlət idarələrində COVID pasportu ilə bağlı yoxlamalar həyata keçirilir. Monitorinqlər Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və yerli İcra Hakimiyyəti əməkdaşları ilə birgə aparılır. Nöqsan aşkar edildikdə həmin şəxslər iş yerinə yaxud dövlət idarəsinə buraxılmır. Peyvəndləmə könüllü olduğundan COVID pasportu olmayan şəxs barəsində heç bir cərimə nəzərdə tutulmur. Ancaq peyvənd olunmayan işçiyə görə həmin idarə və ya iş sahəsinin rəhbəri haqqında tədbir görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5988
avatar

Mehman Nəbiyev

Oxşar yazılar