DİN rəsmisindən ŞOK  açıqlama: "Gözəllik salonlarında "patı" satılır" - VİDEO
10 avqust 2021 10:47 (UTC +04:00)

DİN rəsmisindən ŞOK açıqlama: "Gözəllik salonlarında "patı" satılır" - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satıldığı barədə açıqlama verib.

Lent.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "ARB24"ün “Gündəm” verilişində bildirib ki, polisə bununla bağlı faktlar daxil olub: 

““Metamfetamin” adlı ağır psixotrop maddənin həmin ünvanlarda satışı müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Qeyd edim ki, “metanfetamin” sintetikdir və kimyəvi tərkiblidir. Bir-iki qəbuldan sonra həmin şəxs onun aludəçisinə çevrilir. Həmin maddənin istifadəsi, əsasən, azyaşlılar yox, qadınlar tərəfindən həyata keçirilir”. 

E. Hacıyev valideynləri də diqqətli olmağa səsləyib: “Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə onu müvafiq qaydada yoxlatdırsınlar. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən müvafiq qaydada zəruri köməkliklər göstəriləcək”.

Gözəllik salonlarında qadınlara "patı" satılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6780
avatar

Mehman Nəbiyev

Oxşar yazılar