Dənizdə batan şəxs xilas olundu - VİDEO
20 may 2021 11:19 (UTC +04:00)

Dənizdə batan şəxs xilas olundu - VİDEO

Mayın 19-da Azərbaycanda 54 yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinndən Lent.az-a verilən məlumata görə, 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən Abşeron rayonunun Novxanı kəndi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi sayəsində xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin statistik məlumatı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Mehman Nəbiyev

Oxşar yazılar