Dayısının məzarından oğurluq edən narkotacir tutuldu - FOTO
14 fevral 2022 10:59 (UTC +04:00)

Dayısının məzarından oğurluq edən narkotacir tutuldu - FOTO

Lənkəranda 11 narkotacir saxlanılıb, onlardan üçünün oğurluq əməlinin də üstü açılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtarda və rayonun müxtəlif ərazilərində 7 avtomobildən maqnitafon oğurladığı müəyyən edilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində  Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığından dayısınının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri oğurlayan R.Mirzəyev və rayon ərazisindəki evlərdən birindən 340 manat pul oğurlayan R.Mahmudov saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər rayon sakini – N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov, V.Babayev, A.Bayramzadə və R.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

# 1653
avatar

Mehman Nəbiyev

Oxşar yazılar