Daxili İşlər Nazirliyinin əməkdaşları tutuldu: 90 milyon rüşvət, "Bürc Xəlifə"dən ev...
17 aprel 2024 14:21 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin əməkdaşları tutuldu: 90 milyon rüşvət, "Bürc Xəlifə"dən ev...

Rusiya Daxili İşlər Nazirliyinin Xüsusi Texniki Hadisələr Bürosunun (BSTM) keçmiş əməkdaşı Georgi Satyukov və onun keçmiş həmkarı Dmitri Sokolov 5 milyard rubl rüşvət almaqda ittiham olunurlar.

Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət ortaqları WES kriptovalyuta birjasının (keçmiş BTC) inzibatçısı Aleksey İvanovdan pul istəyiblər. Şirkətin ümumi himayəsi üçün onlar təxminən 5 milyard rubl (təxminən 90 milyon manat) dəyərində kriptovalyuta alıblar. Bu, Rusiya Daxili İşlər Nazirliyinin tarixində ən böyük rüşvətdir.

Qeyd olunur ki, Satyukov və onun qohumları bir neçə iri daşınmaz əmlaka sahib olublar. İlkin məlumatlara görə, söhbət Dubayın ən hündür binasındakı - Burj Xəlifə qülləsindəki mənzillərdən gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 49038
avatar

Oxşar yazılar