Daha 2 narkotacir tutuldu: 20 kilodan çox heroin, metamfetamin...
08 yanvar 2021 12:45 (UTC +04:00)

Daha 2 narkotacir tutuldu: 20 kilodan çox heroin, metamfetamin...

Bakıda narkotik alverçiləri saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanılıb. İdarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı 3 kiloqramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 248 qrama yaxın heroin, 198 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqram 500 qram heroin, 243 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, Yeni Suraxanı qəsəbəsi ərazisində yol kənarında gizlətdiyi 8 kiloqram heroin və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Mehman Nəbiyev

Oxşar yazılar