Bakıda QISQANCLIQ CİNAYƏTİ: özündən 7 yaş böyük sevgilisini...
29 noyabr 2019 10:03 (UTC +04:00)

Bakıda QISQANCLIQ CİNAYƏTİ: özündən 7 yaş böyük sevgilisini...

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə noyabrın 28-də saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Bilyard” çay evinin qarşısında qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub. İsmayılova Pərvanə aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov 29 noyabr tarixində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5543

Oxşar yazılar