Canlı yayımda övladını alçaldan tiktoker CƏZALANDIRILDI
16 oktyabr 2024 13:29 (UTC +04:00)

Canlı yayımda övladını alçaldan tiktoker CƏZALANDIRILDI

Azərbaycanda blogger saxlanılıb.

Lent.az xəbər verir ki, blogger Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, “neynirəm oğulu? Mənə oğul lazımdır” deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4215
avatar

Mehman Nəbiyev

Oxşar yazılar