Bu kollecdə nöqsanlar aşkar edildi, direktor müavini işdən çıxarıldı
12 mart 2024 12:42 (UTC +04:00)

Bu kollecdə nöqsanlar aşkar edildi, direktor müavini işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.

Agentlikdən Lent.az-a verilən məlumata görə, Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb.

Nəticədə Agentliyin 26 dekabr 2023-cü il tarixli əmri ilə filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib. Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır.

Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Nəzərinizə çatdırırıq ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.

# 2541
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25
Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

28 aprel 2024 , 14:37
Bakıda kuryoz olay-VİDEO

Bakıda kuryoz olay-VİDEO

28 aprel 2024 , 12:08