Qanunsuz sərnişin daşıyan sürücü
03 aprel 2021 17:12 (UTC +04:00)

Qanunsuz sərnişin daşıyan sürücü

Bu dəfə hədəf avtobus sürücüsü oldu: QANUNSUZ SƏRNİŞİNDAŞIMA

Astarada karantin qaydalarını pozan mikroavtobus sürücüsü aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Sumqayıtdan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb. Abşeron rayon sakini R.Həsənovun karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 18 sərnişinin olduğu müəyyən edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Mehman Nəbiyev

Oxşar yazılar