Böyürtkən kolunun arasında narkotik bitki
19 avqust 2021 13:24 (UTC +04:00)

Böyürtkən kolunun arasında narkotik bitki

Böyürtkən kollarının arasında narkotik yetişdirdi -FOTO

Lənkəranda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Liman şəhər sakini H.Novruzov saxlanılıb.

Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 2-3 metr hündürlüyündə, ümumi çəkisi  22 kiloqram olan  89 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar