Biləsuvarda qadın faciəvi şəkildə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilən qəsəbədə baş verib.
Rəsulova Tərgül Qüdrət qızı yaşadığı evdə parça yandırarkən özü də yanıq xəsarətləri alıb. Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.