Beyləqanda AĞIR QƏZA:  6 yaralı var
13 mart 2025 10:45 (UTC +04:00)

Beyləqanda AĞIR QƏZA: 6 yaralı var

Beyləqanda ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndindən keçən hissəsində baş verib.

30 yaşlı Qurbanov Qəhrəman Ramin oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə qarşıdan gələn 22 yaşlı Bəndalızadə Hüseyn Qasım oğlunun idarə etdiyi "Mercedes Benz 190" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinlər - Taleh Xəlilzadə, Murad Məmmədov, Sülhəddin Quliyev və Ravin Əliyev xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar