Betonqarışdıran avtomobillə sərnişin avtobusu toqquşdu-VİDEO
18 iyun 2023 12:35 (UTC +04:00)

Betonqarışdıran avtomobillə sərnişin avtobusu toqquşdu-VİDEO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı betonqarışdıran avtomobillə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı 1 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən betonqarışdıran avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində ətrafa dağılmış yanacaq yuyularaq mümkün yanğın-partlayış hadisəsinin qarşısı alınıb.

Tovuzda betonqarışdıran avtomobillə sərnişin avtobusu toqquşub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2873

Oxşar yazılar

Mövqelərimiz atəşə tutuldu

Mövqelərimiz atəşə tutuldu

11 aprel 2025 , 08:18
Zaqatalada 46 yaşlı qadını maşın vurdu

Zaqatalada 46 yaşlı qadını maşın vurdu

11 aprel 2025 , 07:58
Gəncədə bir neçə nəfər tortdan zəhərləndi

Gəncədə bir neçə nəfər tortdan zəhərləndi

11 aprel 2025 , 06:28
Balaəli qəza törətdi - VİDEO

Balaəli qəza törətdi - VİDEO

11 aprel 2025 , 00:00
İmaməddin Əlimanov istintaqa çağırıldı

İmaməddin Əlimanov istintaqa çağırıldı

10 aprel 2025 , 19:49
Bakıda kişi küçədə öldü

Bakıda kişi küçədə öldü

10 aprel 2025 , 19:32
AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə məhkəmə başladı

AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə məhkəmə başladı

10 aprel 2025 , 17:50
Bakı və Sumqayıtda 22 minlik oğurluq  edənlər TUTULDU

Bakı və Sumqayıtda 22 minlik oğurluq edənlər TUTULDU

10 aprel 2025 , 17:43