“Bandotdel” əməliyyat keçirdi:  REAL GÖRÜNTÜLƏR  - VİDEO
10 aprel 2021 12:27 (UTC +04:00)

“Bandotdel” əməliyyat keçirdi: REAL GÖRÜNTÜLƏR - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin yayılmasının qarşının alınması istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirlərini davam etdirirlər.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar. Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən "Metadon” həbləri götürülüb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

# 8181
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Əfqanıstanda xidmət edən hərbçimiz HƏBS EDİLDİ

Əfqanıstanda xidmət edən hərbçimiz HƏBS EDİLDİ

27 may 2024 , 12:41
 Narkotik çəkən   avtobus sürücüsü saxlanıldı

Narkotik çəkən avtobus sürücüsü saxlanıldı

27 may 2024 , 12:18
Zaqatalada Şamilin büstünü partladan qardaşlar AZADLIĞA ÇIXIR?

Zaqatalada Şamilin büstünü partladan qardaşlar AZADLIĞA ÇIXIR?

27 may 2024 , 12:05
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

27 may 2024 , 10:30
Beyləqanda fəhlə  intihar etdi

Beyləqanda fəhlə intihar etdi

27 may 2024 , 09:20
Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21