Balakəndə AĞIR QƏZA:  ölən və yaralanan var - YENİLƏNİB
24 iyul 2025 13:50 (UTC +04:00)

Balakəndə AĞIR QƏZA: ölən və yaralanan var - YENİLƏNİB

Bu gün saat 12 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Nəqliyyat vasitəsinin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

saat 13:35

Balakəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində baş verib.

“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində bir qadın ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9728

Oxşar yazılar