Bakıdan İrana görün nə gətirməyə getdi?
29 noyabr 2022 13:56 (UTC +04:00)

Bakıdan İrana görün nə gətirməyə getdi?

İrandan külli miqdarda narkotik gətirən saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, noyabrın 28-də saat 21:15-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayon sakini 32 yaşlı Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılıb. Şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 1938
avatar

Oxşar yazılar