Bakıda yeniyetmə itkin düşdü, atası axtarır
30 mart 2024 11:34 (UTC +04:00)

Bakıda yeniyetmə itkin düşdü, atası axtarır

Bakıda yeniyetmə oğlan itkin düşüb.

Lent.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 17 yaşlı Fərid Mustafayev evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun atası polisə müraciətində bildirib.

Hazırda müraciətlə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində axtarış işləri keçirilir.

# 1797
avatar

Mehman Nəbiyev

Oxşar yazılar