Bakının Nərimanov rayonunda dava zamanı 16 yaşlı oğlan bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Məmmədzadə Elton Məmməd oğlu dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.