Bakıda yanğının genişlənməsinin QARŞISI ALINDI  - VİDEO  - YENİLƏNİB
07 avqust 2021 14:22 (UTC +04:00)

Bakıda yanğının genişlənməsinin QARŞISI ALINDI - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub. Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş veren yanğın söndürülüb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

***

12.40

Bakıda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957
avatar

Mehman Nəbiyev

Oxşar yazılar