Bakıda mənzildən tapılan meyitin şəxsiyyəti məlum olub.
Lent.az-ın məlumatına görə, müəyyənləşib ki, Zığ qəsəbəsində evdən tapılan meyit 53 yaşlı Sevda Ağayusif qızı Əliyevaya məxsusdur. Meyiti qonşuları aşkar edib.
Qeyd edək ki, S.Əliyeva insult xəstəsi olub və evdə tək yaşayırmış.
***
Saat: 15:51
Bakıda evdən meyit aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.