Bakıda toy karvanında  motosiklet "xidmətçisi"   saxlanıldı -  VİDEO
31 avqust 2021 18:06 (UTC +04:00)

Bakıda toy karvanında motosiklet "xidmətçisi" saxlanıldı - VİDEO

Bakıda motosiklet sürücüsü barədə araşdırmalar başlanıb.

Lent.az-ın məlumatına görə, 28 yaşlı Bakı şəhər sakini Quliyev Məmmədağa Bəşir oğlu “İnstagram” hesabında toy karvanlarını pul qarşılığında motosikletlə müşayət edəcəyi barədə élan verib. M.Quliyev və onunla birgə bu “xidmət”i göstərənlər saxlanılıb. 

Hazırda məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırmalar aparılır.

Qeyd edək ki, Məmmədağa Quliyev “Wolt” şirkətində kuryer işləyir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov saytımıza bildirib ki, bu iş üzrə vətəndaş yol hərəkəti qaydalarının pozulması üçün sosial şəbəkədə çağırış edir:

“Burada Məmmədağa Quliyev yol qəzalarının sayının və tələfatın artması üçün yol hərəkəti qaydalarını təhrif edilmiş formada yaymağa cəhd göstərib. Həmin elan əsasında dərhal tədbir görülüb, M.Quliyev və digərləri saxlanılıb. Onlar peşman olduqlarını bildiriblər.

Yol hərəkəti iştirakçılarına və xüsusən də gənclərə səslənərək bildirirəm ki, yol hərəkəti qanunlarını təhrif edilmiş formada yaymaq məsuliyyət yarada bilər. Bu cür əməllər yolverilməzdir. Hər bir vətəndaş Dövlət Yol Polisi ilə birgə çalışmalıdır ki, qanunlara əməl edilsin və yol-nəqliyyat hadisələri azalsın. Gənclərdən sosial şəbəkələrdən təyinatı  üzrə istifadə edilməsini xahiş edirik. Hər halda bəy-gəlin maşınının yanında motosikletlə lüzumsuz sürətlə hərəkət etmək, kobud qayda pozuntularına yol vermək qəbuledilməzdir”.
 

Bəy-gəlini motosikletlə müşayət etmək istəyən saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144

Oxşar yazılar

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43
Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

4 iyun 2025 , 16:38
Əlil qardaşlar evdə diri-diri yandılar

Əlil qardaşlar evdə diri-diri yandılar

4 iyun 2025 , 16:20
Polis bölməsinə BASQIN:  inspektor saxlanıldı

Polis bölməsinə BASQIN: inspektor saxlanıldı

4 iyun 2025 , 15:52
Oğuzda bəy toy günü maşını aşırdı

Oğuzda bəy toy günü maşını aşırdı

4 iyun 2025 , 14:46
Bakıda 57 min manat aliment borcu  olan iki kişi həbs olundu

Bakıda 57 min manat aliment borcu olan iki kişi həbs olundu

4 iyun 2025 , 14:40