Bakıda qazanxana partladı - FOTO  - YENİLƏNİB
06 fevral 2024 05:33 (UTC +04:00)

Bakıda qazanxana partladı - FOTO - YENİLƏNİB

Yasamal rayonundakı qazanxanada baş verən partlayışda bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

***

Saat 05:33

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Lent.az xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Elşən Yəhyayev

# 5856
avatar

Oxşar yazılar