Bakıda yaşlı qadın qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu 1-ci Alatava adlanan ərazidə baş verib. 74 yaşlı Binyatova Vera İvanovna yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Nəticədə o, boğularaq ölüb.
Onun meyitini nəvəsi tapıb.
Faktla bağlı araşdırma aparılır.