Bakıda piyada keçidində adam öldürən sürücü qaçdı
29 avqust 2022 11:43 (UTC +04:00)

Bakıda piyada keçidində adam öldürən sürücü qaçdı

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində baş verib. "Toyota Prius" markalı avtomobilin naməlum sürücüsü piyada keçidində 30 yaşlı Məmmədli Nurəddin Ziyət oğlunu vuraraq qaçıb Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 2409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar