Marketdən oğurluq anı
06 avqust 2021 10:07 (UTC +04:00)

Marketdən oğurluq anı

Bakıda "patı" alverçiləri və oğurluq edən qadın tutuldu-VİDEO

Bakının Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan ikisi marketdə olan zaman müştərinin içində pul olan əl çantasını da oğurlayb Hadisə marketin kameraları vasitəsi ilə də lentə alınıb
 
Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən (patı) istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdikləri bildiriblər.

Qeyd edək ki, Yeganə Qurbanova və Nicat Musayevin marketdən oğurluq etməsi obyektin müçahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilib və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bakıda narkotacirlər və oğrular tutuldu

# 3003
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21