Bakıda narkotik satan "Wolt" sürücüləri tutuldu - VİDEO
03 fevral 2023 15:00 (UTC +04:00)

Bakıda narkotik satan "Wolt" sürücüləri tutuldu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları - Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib.

İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib.

Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2720

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15