Bakıda kafedən külli miqdarda pul oğurlandı
23 aprel 2024 11:58 (UTC +04:00)

Bakıda kafedən külli miqdarda pul oğurlandı

Bakıda kafedən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1746
avatar

Oxşar yazılar