Bakıda kafedə PARTLAYIŞ
14 noyabr 2022 14:48 (UTC +04:00)

Bakıda kafedə PARTLAYIŞ

Yasamal rayonunda ümumi sahəsi 100 m² olan kafenin mətbəxində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində mətbəxdə olan 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və tüstü bacasında yağ qalıqları yanıb.

Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.

# 3105
avatar

Arzu Qurbanlı

Oxşar yazılar